YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda Silahlı Qüvvələr Günü qeyd olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdaş rayon təşkilatın sədri Əlişah Rəcəbov, Birinci Qarabağ müharibəsi iştirakçıları İsmayıl Xudiyev, İlham Beydullayev, Süleyman Məmmədhüseynov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunan tarixi nailiyyətlərdən danışıblar.

Çıxışlarda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin, eləcə də digər əməliyyatların uğurlu nəticəsinin tarixi əhəmiyyətindən danışılıb.

DİGƏR Xəbərlər Arxiv