YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müzəffər Ordumuz qürur mənbəyimizdir”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Müzəffər Ordumuz qürur mənbəyimizdir” mövzusunda tədbir keçirib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov, Kəlbəcər rayon SMSİİ-nin Baş mühəndisi Xəyal Bağırov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Qarabağ müharibəsi veteranı Ramiz Əliyev, qazi Elvin Hüseynov, Kəlbəcər rayon mərkəzi xəstəxanasının müharibə iştirakçıları işləri üzrə şöbənin əməkdaşı Anar Eyvazov və digərləri Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunan tarixi nailiyyətlərdən danışıblar. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordunun yaradıldığı vurğulanıb.

Sonda bir qrup Qarabağ müharibəsi iştirakçısı və Vətən müharibəsi qazisinə fəxri fərman təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv