YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Təftiş Komissiyasının iclası keçirilib

İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda Qaradağ, Sabunçu, Abşeron, Ağstafa, Minqəçevir, Ağsu, Zərdab, Ağdaş, Göyçay, Kürdəmir, Balakən, Şamaxı rayon təşkilatları aparatlarında 2025-ci ilin birinci yarımilliyi ərzində aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları, YAP Təftiş Komissiyasının 2025-ci ilin ikinci yarımilliyi üzrə İş Planı, Komissiyanın 2025-ci ilin ikinciyarımilliyi üzrə partiyanın yerli təşkilat aparatlarında Auditorlar Palatasının mütəxəssislərinin iştirakı ilə təftişin aparılmasına dair Təftiş Cədvəli və cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

DİGƏR Xəbərlər Arxiv