Xəbərlər
“Qurtuluşdan Zəfərə”

Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə “Qurtuluşdan Zəfərə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Dahi Şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və digərləri 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu deyiblər.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən partiya veteranları yubileyləri münasibətləri ilə YAP Göyçay rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edilib. Partiya sıralarına yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.