Xəbərlər
"Böyük xilaskar"

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Böyük xilaskar” mövzusunda tədbir keçirib.
Partiya veteranları və gənclərin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, partiya veteranı, Masallı Rayon Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev və digərləri Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının həm strateji, həm də ümummilli baxımdan tariximizin şərəfli səhifəsi olduğunu deyiblər.
Natiqlər bildiriblər ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, Ümummilli Liderin ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Sonda bir qrup partiya veteranına fəxri fərman və hədiyyələr təqdim edilib.