YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP fəalları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə ediblər.

Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətimizin istər daxili, istərsə də xarici siyasətində mühüm yeniliklərin baş verməsindən, Ümummilli Liderin kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə ölkəmizi parçalanmaq təhlükəsindən xilas etməsindən bəhs ediblər.

Sonda bir qrup şəhid ailəsinə YAP Ağdam rayon təşkilatı tərəfindən bayram sovqatı verilib.