Xəbərlər
Biləsuvar rayonunda 15 İyun Milli Qurtuluş Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Çay süfrəsi arxasında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı bildirib ki, 15 iyun taixi müasir Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixdə xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirən Ulu Öndər müasir Azərbyacanın inkişafının, tərəqqisinin, bu günkü qalibiyyətlərin əsasını qoyub. Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu Onun layiqli siyasi varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan şanlı Zəfərlər də bunu bir daha təsdiq edir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında deyib ki, Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdə yox, xalqın yaddaşında, taleyində mühüm dönüş nöqtəsinə çevrilib. 15 İyun Milli Qurtuluş Günü belə günlərdəndir. Bu tarixdə yalnız siyasi bir dəyişiklik baş vermədi, həm də dövlətin süqutdan xilas olması, milli ruhun, azərbaycançılığın dirçəlişi baş verdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi xalqın iradəsinin təcəssümü, milli yaddaşın siyasi qələbəsi idi. Bu günkü tarixi Zəfərlər və ərazi bütövlüyümüzün tam təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.
Partiyanının veteran üzvləri Əjdər Niftiyev, Mirəşrəf Mirsultanov və partiya fəalı Bəhruz Əliyev çıxış edərək 15 İyun Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və 1993-cü ildə baş vermiş hadisə və proseslərə öz münasibətlərinin ifadə ediblər.