YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə Milli Qurtuluş Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı film nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Regional Elmi Mərkəzin şöbə müdiri Rahim Həsənov qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Vurğulanıb ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi: “Ümummilli Liderin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır”.

Tədbirin sonunda “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizova və Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilmiş beynəlxalq musiqi müsabiqəsində fortepiano ifası üzrə birinci yerə layiq görülən Ayan Əhmədzadəyə fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, YAP Şəki rayon təşkilatının, Şəki şəhər Gənclər və İdman Sektorunun və Şəki şəhər Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə Şəki şəhər 12 nömrəli tam orta məktəbin idman zalında  müəllimlər arasında stolüstü tennis turniri də keçirilib.  

Polad Eyvazov birinci, Vüqar Həsənov ikinci, Tural Şirinov isə üçüncü yerlərə layiq görülüb.