YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev ideyalarının YAP-ın fəaliyyətində inkişafı”

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Heydər Əliyev ideyalarının YAP-ın fəaliyyətində inkişafı” mövzusunda növbəti məşğələ keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova, İsak Xanukov adına Qırmızı qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin silsilə xarakteri daşıdığını və bugünkü uğurların ciddi tarixi və siyasi əsaslarının mövcud olduğunu deyiblər.

Qeyd olunub ki, YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Daha sonra gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb