Xəbərlər
Nəsimi rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Rauf Səxavət oğlu Əliyevin doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüblər.
Şəhidin ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.