Xəbərlər
Nərimanov rayonunda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “A.Heydərov küçəsi 26” ünvanı üzrə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və 178 saylı tam orta məktəbin direktoru Xəyalə Qasımova partiyanın keçdiyi şərəfli tarixi yol, Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin sosial-iqtisadi inkişafındakı misilsiz xidmətləri haqqında danışıblar.
Görüş zamanı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlər, Vətən müharibəsində qazanılan şanlı Zəfər xüsusi vurğulanıb. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafındakı rolu qeyd olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. Xəyalə Qasımova ərazi partiya təşkilatının sədri, Zeynəb Qurbanova isə sədr müavini seçilib.
