YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 18 May - Beynəlxalq Muzeylər Günü qeyd olunub

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının əməkdaşları və fəalları Qazax Tarix-Diyarşünaslıq Muzeyini, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeylərini ziyarət ediblər.

Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərin xatirəsinə həsr olunmuş guşələrə baxıblar. Həmçinin iştirakçılar təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər bölmələrini, M.P.Vaqif və M.V.Vidadinin həyat və yaradıcığını əks etdirən fotoları, XVIII əsrə aid məişət, bəzək əşyaları, paltarlar, silahlar, tablolar və digər eksponatları diqqətlə izləyiblər.

Çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərə, o cümlədən muzey işinə daim dövlət qayğısı göstərilir. Muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə görkəmli şəxsiyyətlərin memorial-xatirə və ev muzeyləri, həmçinin bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.

Muzey işinin inkişafının bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

DİGƏR Xəbərlər Arxiv