YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan uğurlu enerji strategiyası ölkəmizin milli maraqlarına xidmət edir

“Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında olduqca mühüm mesajlar səsləndirib. Sözsüz ki, bu tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf edib. Məhz o vaxtdan bəri “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, builki yubiley tədbiri Azərbaycanın enerji potensialına artan beynəlxalq marağı və inamı əks etdirir: “Tədbirdə yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkətin iştirakı da onun əhatəsinin hər il daha da genişləndiyini göstərir. Ölkəmizin başçısı da tədbirdə çıxışında ilk neft-qaz sərgisinin 1994-cü ildə təşkil edildiyini və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzalandığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli enerji strategiyasının Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarının yaranmasına və ölkəmizin inkişafına xidmət edib. Çünki məhz bu tarixi addımlar fonunda Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdirməyə başladı. Sözsüz ki, o dövr üçün bu cür strateji qərarların qəbul edilməsi müəyyən tərəddüdlərlə müşahidə olunurdu. Yenicə müstəqillik qazanmış Azərbaycan müəyyən daxili gərginliklərdən yenicə xilas olmuş, Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizini işğal edilmiş, 1 milyona yaxın vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdi. Bu mənada həmin tarixi situasiyada ölkənin gələcəyi və onu düşmüş olduğu ağır sınaqlardan çıxarmaq böyük strateji bacarıq tələb edirdi. “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Çünki ölkənin iqtisadi-siyasi əsaslarının formalaşması ilə yanaşı onun hüquqi dövlət kimi əsaslarını formaşdırmaq üçün konstitusiyanın mövcudluğu, qanunlarla mümkün olur”.

Təftiş Komissiyasının sədri bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir: “Neft və qazın ölkənin Ümumi Daxili Məhsulda payı təqribən 30 faizdən artıqdır. Eyni zamanda bu gün ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Məhz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olunub. Eyni zamanda insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırılır ki, bu da gələcəyimizin təminatı baxımından olduqca önəmlidir. Bütün bunların fonunda Azərbaycan Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilib. Ölkəmizin enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib olunub. Artıq Azərbaycan öz tərəfdaşları ilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Bunun nəticəsidir ki, Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizini nümunə göstərmək olar. Dövlətimizin başçısı da bəyan etdi ki, ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışında Azərbaycanın səkkiz ölkəyə təbii qaz ixrac etdiyini, bu il isə bu rəqəmin 12-yə çatdığını bəyan edib”.

Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir: “Azərbaycanın ənənəvi enerji siyasəti ilə yanaşı yaşıl enerji gündəliyi olduqca böyük əhəmiyyətə malikdir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması xüsusi önəm kəsb edir. Bu mənada ölkəmizin yaşıl enerji potensialı olduqca böyükdür. Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin etməyi hədəfləyib. Ölkəmiz COP29-un sədri olaraq bu istiqamətdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Azərbaycanın bu xüsusda COP29-la bağlı gündəliyi praqmatikdir. Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan müqavilələr və bu müddətdə qarşıya qoyulan vəzifələrin icrasına başlanılması vacib amil kim önə çıxır. Sözsüz ki, Azərbaycanın uğurlu COP29 sədrliyi dövründə qəbul edilən qərarların “Bakı sıçrayışı” adlandırılması heç də təsadüfi deyil. Bu Azərbaycanın enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olmasınə səciyyələndirir. COP29-da Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulmasına nail olan Azərbaycan bundan sonra da bu istiqamətdə bütün hədəflərinə uğurla çatacaq”.