Xəbərlər
“Qurtuluşdan Zəfərə aparan yol”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı Goranboy rayonunun Qaraçinar kəndində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektorunun 63 nömrəli tam orta məktəb üzrə ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda tədbir keçirib.
Əvvəlcə rayonun Zeyvə kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi leytenant Nemət Orucovun və antiterror tədbirləri zamanı şəhid olmuş leytenant Ömər Şirinovun məzarları ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Qismət Şükürov, pedaqoq Səməndər Eyvazov, şəhid atası Əkbər Orucov və digərləri çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Sonda fəal partiya üzvlərinə fərxi fərman və YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.