Xəbərlər
“Bütövləşən müstəqil Azərbaycanımız”

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 28 May - Müstəqillik Gününə həsr olunmuş “Bütövləşən müstəqil Azərbaycanımız” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nuridə Həsənova, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Səlminə Məmmədova və Sərkar kənd tam orta məktəbin müəllimi Günel Əhmədova çıxış ediblər.
Çıxışlarda Müstəqillik Gününün hər bir azərbaycanlının milli qürur hissi duyduğu gün olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub.