YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni tarixi mərhələsi

“2021-ci il 15 iyunda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmışdı. Artıq 5-ci ili geridə qoymuşuq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib

Millət vəkili qeyd edib ki, iki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətləri mövcuddur: "Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunə olacaq bir münasibətdir. Bu iki xalq tarixən də birlik, qardaşlıq nümayiş etdirib. Amma Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsidir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu bəyannamə əhatəli sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırıb. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artırıb. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu baxımdan demək olar ki, Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.

DİGƏR Xəbərlər Arxiv