YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin müavini Ağali Kərimli, RİH başçısı Aparatının əməkdaşı Daşqın Rüstəmov, Muğanlı kənd tam orta məktəbinin müəllimi Afaq İbişova, YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Məhəmməd Heydərli, Mərkəzi Kitabxanalar Sisteminin əməkdaşı Şahnaz Məcidova, şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülbəniz İbrahimova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndiriblər. Qeyd olunub ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyəti elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Natiqlər 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv