YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatı qalibləri mükafatlandırıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib.

Mərasimdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə rəhbərləri, orta təhsil məktəblərinin direktorları, YAP Gəncə şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Bayram Aslanov xüsusi ilə qeyd edib ki, tədbirlərin yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündən qaynaqlanır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib: “Müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın müstəqilliyinin daimiliyini, inkişafını və tərəqqisini təmin edib. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirib.”

Sonra Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının, inşa-yazı müsabiqəsinin, şahmat və dama turnirlərinin qalibləri, I və II, III yerləri bölüşdürən komandalar, yarışların hakimləri Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Bildirilib ki, bütün yarış iştirakçıları dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.

Tədbirdə, həmçinin partiyanın 70, 75 və 80 yaşı tamam olan partiya veteranlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv