YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir!”

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir!” adlı ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərində ucaldılan abidəsi önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü, ümumi işlər üzrə direktor müavini, Vətən müharibəsi iştirakçısı Pərviz Ağayev, şöbə müdirləri - filologiya elmləri doktoru, dosent Lalə Bayramova, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, aparıcı elmi işçilər - filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov və tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, dahi lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını bildiriblər. Qeyd olunub ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına bu gün Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi  mövcudluğunu şərtləndirib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Neftçala rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman təqdim olunub. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv