YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilərarası bilik yarışması keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Gənclər sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı məktəblilərarası bilik yarışması keçirilib. 

İlk mərhələsi başa çatan yarışmada rayonun 24 məktəbindən olan komandalar iştirak edib. Qalib gələn komandalar yarışmanın növbəti mərhələsinə vəsiqə qazanıblar.