YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev - müasir Azərbaycan dövlətinin qurucusu” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lökbatan qəsəbəsində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçıları Qaradağ rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Liderin genişmiqyaslı siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla, sərgi ilə tanış olublar.      

Qonaqlar Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitabları Qaradağ rayonu Heydər Əliyev Mərkəzinə hədiyyə ediblər. Təqdim edilən əsərlər arasında “Görkəmli adamların həyatı” seriyasından olan Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyatına və fəaliyyətinə həsr olunmuş nəşrlər xüsusi yer tutub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, Xalq yazıçısı Çingiz Abdullayev, professor Rafiq Əliyev, AYB-nin üzvü, yazıçı-publisist Rövşən Ağayev, “91-lər”dən biri, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Munis Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ulu Öndər Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda Azərbaycan Yazıcılar Birliyinin birinci katibi Çingiz Abdullayevə və professor Rafiq Əliyevə YAP Qaradağ rayon təşkilatı tərəfindən fəxri fərman təqdim edilib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Lökbatan qəsəbəsi Heydər Əliyev Parkının qarşısındakı meydanda YAP Qaradağ rayon təşkilatı və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə velosiped yarışı da keçirilib.

166 nömrəli tam orta məktəbin komandasında yer alan Sahib Abbaszadə, Toğrul Qasımzadə və Fatimə Ağayeva birinci yerə, 294 nömrəli tam orta məktəbin komandasında yer alan Naidə Həmidova, Yusif Oruczadə və Zakir Əməliyev ikinci yerə, 184 nömrəli məktəbin komandasında yer alan Tofiq Novruzov, Ataxan Quliyev və Zəhra İsgəndərli üçüncü yerə layiq görülüblər.