YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətənə, xalqa həsr edilən ömür”

Şabran Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Milli Məclisin deputatı Mahir Süleymanlı, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin partiya fəalları iştirak ediblər.

İlk öncə Şabran Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına tər gül dəstələri düzüldükdən sonra, Mərkəzin ekspozisiya zalında qonaqlara Ulu Öndərin zəngin həyat və fəaliyyəti barədə məlumat verilmiş, daha sonra isə konfrans zalında tədbir rəsmi hissə ilə davam etdirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Milli Məclisin deputatı Mahir Süleymanlı və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Qeyd olunub ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir. Parlaq ideyaları, zəngin siyasi irsi və yüksək idarəçilik keyfiyyətləri ilə Ulu Öndər dövlətçilik tariximizdə silinməz iz qoyub. Ümummilli Lider hər zaman xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Onun qətiyyətli iradəsi, fədakarlığı, şərəfli ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqa və dövlətə həsr etmiş bu müdrik siyasi xadim müstəqillik tariximizin memarı və qurucusu kimi yaddaşlara əbədi həkk olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunduqdan sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.  

DİGƏR Xəbərlər Arxiv