YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan parlamentinin deputatı: Azərbaycanda seçkilərin tam demokratik keçəcəyinə inanıram

Azərbaycanın seçki sahəsində zəngin təcrübəsi var. Bu ölkədə noyabrın 1-nə təyin olunmuş parlament seçkilərinin əvvəlki seçkilər kimi tam şəffaf, azad və demokratik keçəcəyinə inanıram.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev söyləyib. Deputat deyib: “Azərbaycanda seçki sistemi təkmilləşdirilib. Seçkilər də bu sistemlə, demokratik qanunlar əsasında keçirilib. Azərbaycanda səsvermə günü tətbiq olunan demokratik, nümunəvi qaydalar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. İndi bəzi qüvvələrin bu seçkilərin demokratik keçiriləcəyinə şübhə ilə yanaşmaları düzgün deyil. Ümumiyyətlə, seçki keçirmək hər bir ölkənin daxili işidir və ona müdaxilə etmək, qabaqcadan hər hansı bir fikir söyləmək yolverilməzdir”.

Ölkələrimiz arasındakı münasibətlərə toxunan M.Dərziyev bildirib ki, Azərbaycanda gedən proseslər Gürcüstanda diqqətlə izlənilir. O deyib: “Azərbaycan Gürcüstan üçün təkcə qonşu ölkə deyil, həm də güclü, dünyada öz layiqli yerini tutmuş strateji tərəfdaşdır. Ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edir və möhkəmlənir. Gürcüstan Baş nazirinin Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə səfərləri zamanı aparılan danışıqlar, imzalanan çoxsaylı müqavilələr və digər hüquqi sənədlər münasibətlərimizin bütün sahələrdə, eləcə də parlamentlər səviyyəsində inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Bu gün yaşadığımız bölgədə həyata keçirilən layihələrdə Azərbaycanın iştirakı mütləqdir. Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı bir irimiqyaslı layihənin reallaşdırılması mümkün deyil. Bu günlərdə Tbilisidə İpək Yolu Forumu keçirildi. Həmin tədbirdə qədim İpək Yolunun bərpasında Azərbaycanın rolu xüsusi qeyd olundu. Azərbaycanın təşəbbüsü ilə keçirilən regional layihələr Gürcüstanın da inkişafında mühüm rol oynayır. Deputatlar da əlaqələrimizin genişlənməsinə öz töhfələrini verməlidirlər. Bu gün hər iki ölkənin parlamentindəki dostluq qrupları bu istiqamətdə mühüm işlər görürlər. Bu işlər ayrı-ayrı deputatlar tərəfindən də həyata keçirilməlidir. Mənim Azərbaycan parlamentində çoxlu dostlarım var. Biz iqtidar və ya müxalifətdə olmağımızdan asılı olmayaraq dövlətçiliyimizin, dostluq və qardaşlıq münasibətlərimizin möhkəmlənməsi üçün çalışırıq. İnanıram ki, yeni seçiləcək deputatlar da bu ənənəni davam etdirəcək və biz xalqlarımızın rifahı naminə birgə çalışacağıq. Seçki marafonunda iştirak edən bütün namizədlərə uğurlar arzulayıram”.

 

DİGƏR Xəbərlər Arxiv