Xəbərlər
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir
Oktyabrın 23-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir.
Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açmışdır.
Daha sonra deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputatı kimi ötən beş illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında danışmışdır.
Görüşdə iştirak edən qəsəbə sakinlərindən Şövkət Xanməmmədova, Şəmsi Gülverdiyev, Əjdər Şəfiyev parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləmişlər.
Görüşdən sonra Sevinc Fətəliyeva Hövsan qəsəbəsində yerləşən seçki qərərgahında seçiciləri qəbul etmişdir.