YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda qəhramancasına həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyev çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs ediblər.

Bildirilib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli tibbi fəaliyyəti və elmi irsi təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyeva elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.

Tədbirin sonunda oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx  nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv