YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Laçın rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən rayonun Ərdəşəvi kənd uşaq musiqi məktəbində tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və digərləri qeyd ediblər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi və tarixi əhəmiyyətə malikdir.

İ.İlyasov vurğulayıb ki, YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı şanlı Zəfərə nail olmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilmişdir. Bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunub, üçrəngli Dövlət Bayrağımız əzəli torpaqlarımızda qürurla dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Laçın rayon təşkilatı tərəfindən 31 nömrəli tam orta məktəbdə də “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, partiya veteranı Əlövsət Rzaquliyev və Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru Azər Cabbarov Azərbaycan dilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.

Tədbirin sonunda partiya sıralarına qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.