YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” mövzusunda esse müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Günay Qurbanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər.

Əvvəlcə mərkəzin “Təsviri sənət və dizayn”, “Dekorativ tətbiqi sənət” və “Modelyer-rəssam” dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin bədii hissəsində dərnək üzvlərindən ibarət “Zirvə” yaradıcılıq kollektivinin vokal və rəqs qrupları çıxış ediblər.

Qonaqlar müsabiqə qaliblərini təbrik edib və onlara uğurlar arzulayıblar.

Esse müsabiqəsində 240 nömrəli məktəbin şagirdi Sibel Mürşüdlü I, 19 nömrəli məktəbin şagirdi Əsmər Quliyeva, 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Xədicə Əmiraslanlı II, 5 nömrəli məktəbin şagirdi Gülay Cəfərzadə, 111 nömrəli məktəbin şagirdi Mədinə Koxayeva III yerə layiq görülüblər. Həmçinin 42 nömrəli məktəbin şagirdi Yusif Verdiyev, 247 nömrəli məktəbin şagirdləri Leyla Pamukçu və Nərgiz Səlimli, 35 nömrəli məktəbin şagirdi İlkayə Rzazadə, 46 nömrəli məktəbin şagirdi Tunar Quliyev, 14 nömrəli məktəbin şagirdi Zəhra Allahverdiyeva, 164 nömrəli məktəbin şagirdi Nəzrin Cəfərova, 19 nömrəli məktəbin şagirdi Sabir Ağamalı, 5 nömrəli məktəbin şagirdi Xədicə Mustafazadə həvəsləndirici yeri tutaraq sertifikatla təltif olunublar.

Sonda I, II, III yerin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.