YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Səhiyyə” ərazi partiya təşkilatında tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Xalqımız böyük qürur və fəxarət hiss ilə bu il müəllifi Ümummilli Lider Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda , 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq.

Partiya fəalları Kəmalə Zərbaliyeva, Ozal Nuriyev və Xəzər İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizin hərtərəfli və sürətli inkişaf etdiyini qeyd ediblər.

Sonda “Qurtuluşdan Zəfərə” adlı videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv