YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrinin xanım üzvləri ilə görüş keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Modern İnkişaf və Ailə İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin xanım üzvlərinin iştirakı ilə tədbir keçirilib. 

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan qadınının cəmiyyət həyatındakı rolundan, dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qadın siyasətinin uğurla həyata keçirildiyini vurğulayıb, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının beynəlxalq səviyyədə yüksək nüfuz qazandığını qeyd edib.

Daha sonra çıxış edən Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva qadınların ailə institutunun möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və cəmiyyətin sağlam inkişafında mühüm rol oynadıqlarını bildirib.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkədə həyata keçirilən gender siyasəti, qadın hüquqlarının qorunması və gənc qadınların ictimai-siyasi proseslərə cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tanınmış aparıcı və partiya fəalı Lalə Azərtaş çıxışında Azərbaycan qadınının gücü, iradəsi və cəmiyyətə verdiyi töhfələrdən danışıb, qadınların ictimai fəallığının daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə şəhid anaları Lətifə Novruzova və Alimə Cəfərova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv