Xəbərlər
Milli Məclisin deputatı Nigar Məmmədova şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Rəşad Rəhman oğlu Mehdiyevin ailə üzvləri ilə görüşüb.
Görüş zamanı 2020-ci il oktyabrın 21-də Füzuli rayonunun Ərgünəş dağında şəhidlik zirvəsinə ucalmış Rəşad Mehdiyevin döyüş yolu, onun yüksək vətənpərvərlik ruhu və göstərdiyi qəhrəmanlıq barədə söhbət aparılıb. Dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıq nümayiş etdirən Vətən övladlarının xidmətləri ehtiramla yad edilib.