Xəbərlər
Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov bu əlamətdar günün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini diqqətə çatdıraraq, partiyanın 33 illik fəaliyyəti, keçdiyi şərəfli yol və əldə olunan uğurlar barədə geniş məlumat verib. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Milli Qəhrəman atası Əlibala Şahbazov, həmçinin partiya veteranları, gənclər və digərləri çıxış edərək respublikada həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıblar, görülən işlər barədə dolğun fikirlər səsləndirilib.
Sonda yubiley yaşını qeyd edən partiya üzvlərinə YAP Xaçmaz rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edilib.
