Xəbərlər
Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Xırdalan şəhərində Vətən müharibəsi şəhidi Sahib Musa oğlu Musayevin ailə üzvləri ilə görüşüb.
Görüş zamanı 2020-ci il noyabrın 7-də Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalmış Sahib Musayevin döyüş yolu, onun yüksək vətənpərvərlik ruhu və göstərdiyi qəhrəmanlıq barədə söhbət aparılıb. Dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıq nümayiş etdirən Vətən övladlarının xidmətləri ehtiramla yad edilib.