YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur

Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünya sülhü ilə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq.

Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıran Türkiyə Prezidenti bildirib ki, ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.

“Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

DİGƏR Xəbərlər Arxiv