YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənirik” adlı siyasi məktəbin növbəti dərsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı tərəfindən təşkil olunan “Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənirik” adlı siyasi məktəbin növbəti məşğələsi keçirilib.     

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusuna həsr olunan dərsdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov və digərləri qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub.

Ümummilli Lider Heydər Əliyevin cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab etdiyi vurğulanıb.