Xəbərlər
Birgə inkişaf təşəbbüsləri reallaşdırılır

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri olduqca önəmlidir. İkitərəfli əlaqələrin inkişafında bu səfər mühüm töhfə hesab edilir. İki dövlət arasında aparılan müzakirələr, verilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata vermiş olduğu bəyanatlarda mühüm mesajlar səsləndirilib Prezident İlham Əliyev bu səfərin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Şimali Makedoniya Prezidentinin Azərbaycana ikinci səfəri yaddaqalan olub. COP29 konfransında da Şimali Makedoniya Prezidentinin fəal iştirakı yüksək dəylərləndirilib. Qeyd olunub ki, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırılır. Həmçinin, dövlətlər arasında siyasi dialoq dinamik xarakter alıb. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülür. Sözsüz ki, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılır. Məhz bu səfər qarşıda duran vəzifələrin uğurla icrasına mühüm təkan olacaq. Bununla yanaşı, iki ölkə energetika sahəsində əməkdaşlıq böyük perspektivlərə malikdir. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarlarına çatdırılır.
Dövlətimizin başçısı Azərbaycanın enerji siyasətinin perspektivləri barədə danışıb: "Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq".
Bu səfər bir daha təsdiqlədi ki, Şimali Makedoniya ilə qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər gələcəkdə daha da möhkəmlənəcək. Həmin səfər iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq. Bu, həm də regional sabitliyə və qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq modelidir.
Şimali Makedoniya Prezidentinin səfəri, eyni zamanda, xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə və birgə inkişaf təşəbbüslərinin reallaşdırılmasına mühüm töhfə verəcək. Bu səfər iki ölkənin gələcəyə inamla baxdığını və əməkdaşlığın daha geniş miqyasda inkişaf etdirilməsinin prioritet olduğunu bir daha nümayiş etdirir.