Xəbərlər
Azərbaycan-Şimali Makedoniya əlaqələri böyük perspektivə malikdir

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı hesab edilir. Bu mənada rəsmi səfərin önəmi olduqca böyükdür. Səfər ikitərəfli münasibətlərin inkişafında mühüm töhfə verəcək. Bu mənada iki ölkə arasında aparılan müzakirələr, verilən bəyanatlar xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın mətbuata vermiş olduğu birgə bəyanatda vacib mesajlar səsləndirilib: “Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinin bu səfərin əhəmiyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Şimali Makedoniya Prezidentinin Azərbaycana ikinci səfəridir. COP29 konfransında da Şimali Makedoniya prezidentinin fəal iştirak yüksək dəylərləndirilib. Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparırılır. Həmçinin, ölkələr arasında siyasi dialoq dinamik xarakter alıb. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülür”.
Deputat bildirib ki, səfər çərçivəsində iqtisadi sahədə, sərmayə qoyuluşu ilə bağlı imkanların araşdırılacağı vurğulanıb: “Sözsüz ki, bu səfər qarşıda duran vəzifələrin uğurla icrasına mühüm təkan olacaq. Bununla yanaşı iki ölkə energetika sahəsində əməkdaşlıq mühüm önəm kəsb edir. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarlarına çatdırılır. Eyni zamanda Azərbaycanın qaz təchizatını artırması da mümkündür. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur. Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb”.
Komissiya sədri vurğulayıb ki, 2024-cü ildə Azərbaycan tarixində mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub: “Məhz bu amil ölkəmiz üçün daha çox ixrac imkanları yaradır. Azərbaycan hazırda regionun 12 ölkəsinə mavi qaz nəql edir. Sözsüz ki, mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın rolunun güclənməsi Şimali Makedoniya ilə yanaşı digər tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanlarının artmasına təsir edən başlıca amillərdəndir”.
Sevinc Hüseynova Azərbaycanın 10 Avropa ölkəsini mavi yanacaqla təmin etdiyini söyləyib: “Ötən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edir. Sözsüz ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Bu baxımdan da Şimalı Makedoniya ilə energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq önəmlidir. Bütün bunlarla yanaşı, iki xalq arasında da humanitar sahədə əməkdaşlığa böyük ehtiyac var. Şimalı Makedoniya Prezidentinin XII Qlobal Bakı Forumunda iştirakı olduqca önəmlidir”.