Xəbərlər
Ağcabədidə Beynəlxalq Qadınlar Günü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycan qadınının milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rolundan danışıb. O, şəhid analarını və şəhidlərin ailə üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.
Şəhid ailələrinin üzvləri Nüşabə İbrahimova, Nəzakət Bəşirova, Aynur Kərimova, Tərlan Hüseynova, Məhsəti Əsədova, ərazi partiya təşkilat sədrləri Samirə Nəsirova, Sevda Gülmalıyeva, Nərminə Əkbərova və Mətanət Quliyeva tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu deyiblər.
