YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının 7 saylı ərazi partiya təşkilatında “Milli maraqlara, ədalətə və humanizm prinsiplərinə əsaslanan sülh modeli” mövzusunda tədbir keçirilib.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, partiya fəalları Flora Orucova və Şəfa Rüstəmova Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyəti barədə danışıblar.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsində əldə olunan şanlı Qələbə yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, eyni zamanda region üçün yeni siyasi və təhlükəsizlik reallıqları formalaşdırdı. Qarabağ Zəfəri beynəlxalq ictimaiyyətə göstərdi ki, dayanıqlı sülh yalnız ədalət prinsipləri üzərində qurula bilər.

Vurğulanıb ki, müharibəyə son qoyulması regionda sülhün möhkəmləndirilməsi, iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb. Bu gün Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasətini davam etdirir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Namazov Eldəniz Ağalar oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib.

DİGƏR Xəbərlər Arxiv