YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Peşə Təhsil Mərkəzi ərazi partiya təşkilatının sədri Bəxtiyar Nuriyev, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, Təhsil Mərkəzinin müəllimləri Turan Məhərrəmbəyli, Ruqəyya Nəsirli və Təranə Əliyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin edir, dövlətimizin güclənməsi və xalqımızın rifahının yüksəlməsi istiqamətində mühüm nailiyyətlər əldə edir.

DİGƏR Xəbərlər Arxiv