YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatının yaradılmasının 32 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Milli Məclisin deputatı Kamran Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və fəaliyyəti dövründə partiyanın ölkənin siyasi həyatında əvəzsiz rolundan danışıblar. Natiqlər YAP-ın təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatı olduğunu vurğulayıblar.

740 mindən çox üzvü olan YAP sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.  

Çıxışlarda YAP Göygöl rayon təşkilatının ilk yaradılan rayon təşkilatlarından biri olduğu və hazırda sıralarında 80 ərazi partiya təşkilatını və 6056 üzvü birləşdirdiyi qeyd edilib.

Partiya veteranı, Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri Mahir Hacıyev, Göygöl şəhər 7 saylı ərazi partiya təşkilatının sədri Zəhra Zeynalova və digərləri  Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs ediblər. 

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir bədii hissə ilə davam edib.