Xəbərlər
Deputatlığa namizəd Tahir Süleymanov Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində seçicilərlə görüş keçirib

YAP tərəfindən MM-in deputatlığına namizədliyi irəli sürülmüş Tahir Süleymanov təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində seçicilərlə görüş keçirib.
Görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov parlament seçkiləri ərəfəsində görülən işlərdən danışıb.
Deputatlığa namizəd Tahir Süleymanov görüşlərdə çıxış edərək Azərbaycanda demokratik seçki mühitinin olduğunu deyib. Tahir Süleymanov qeyd edib ki, şübhə etmirəm ki, Şabran rayon seçiciləri noyabrın 1-də Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs verəcəklər.
Görüşlərdə çıxış edən seçicilər növbəti seçkilərdə də Tahir Süleymanova səs verəcəklərini bildiriblər.