Xəbərlər
Deputatlığa namizəd Əli Hüseynlinin təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib

49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Hüseynlinin vəkillərinin və səlahiyyətli nümayəndələrinin Yevlax rayonunun Nərimanabad kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edənlər deputatlığa namizəd Əli Hüsyenlinin fəaliyyəti haqqında məlumat verərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.