YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalı soyqırımı: insanlıq əleyhinə cinayət”

Quba şəhərində Soyqırımı Memorial Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı: insanlıq əleyhinə cinayət” adlı anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru professor Qasım Hacıyev, Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görünməmiş qətliam törətdiyini deyiblər.

Faciə zamanı uşaqlar, qadınlar və yaşlılar olmaqla, 613 günahsız mülki şəxsin Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyi vurğulanıb, hadisə bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandırılıb.