YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatının 32 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Onun sözlərinə görə, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan şəhər ərazi partiya təşkilatının sədri Bakir Həsənov, Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatının sədri Elnur Mahmudov Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlı olduğunu deyiblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv