YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xocalıya ədalət!” kampaniyası: Hüquqi və diplomatik mübarizə

“Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımı dünyaya göstərdi ki, bu mənfur qonşumuz necə insanlıqdan kənar bir toplumdur, həmin faciə bəşər tarixində bir vəhşilik aktıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi: "487 insan şikəst olub, 1275 insan əsir götürülüb, 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Xocalı qətliamı zamanı qadın, uşaq, yaşlı demədən insanların qəddarcasına qətlə yetirilməsi bəşər tarixinin görmədiyi bir vəhşilik idi. Bu tarixi biz heç vaxt unutmayacağıq. Bu gün “Xocalıya ədalət” kampaniyası bütün dünya ictimaiyyətinə faciənin çatdırılmasında müstəsna rol oynayır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Bu maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Bununla yanaşı, “Justice for Khojaly” informasiya portalı ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır. Əlbəttə, bu kampaniyanın çox strateji məqsədləri vardır. Biz artıq Xocalı qurbanlarının haqqını bərpa etmişik. Xocalı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər bir vətəndaşımız təbliğat işlərinə qoşulmalı və dünyaya göstərməlidir ki, biz necə bir qonşu ilə yaşayırıq”.

DİGƏR Xəbərlər Arxiv