Xəbərlər
YAP-ın qələbəsinin fəlsəfəsi xalqla birliyindədir
YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi Əhliman Əmiraslanovun namizədləri ilə Saatlı rayonunun Seyidlər, Nahırlı və Potubəyli kəndlərində görüşlər keçirilidi.
Namizədin vəkillərinin iştirak etdikləri görüşlərdə bildirildi ki, bölgənin ən aparıcı siyasi qüvvəsi olan YAP-ın namizədlərinin dəstəklənməsi ölkəmizə yeni inkişaf və tərəqqi gətirəcəkdir. Ona görə ki, YAP xalqın partiyası olmaqla əhalinin sosial güzəranını yüksəldən mütəşəkkil siyasi təşkilatdır.
Görüşdə çıxış edən kənd ağsaqqalları birmənalı olaraq YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.