YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyətinin və Xocavənd Rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Aslan Quliyev və digələri dövlət gənclər siyasətinin məqsəd və vəzifələrindən, dövlət idarəçiliyində gənclərin rolunun artırılmasından, könüllülük fəaliyyətindən, Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıqlardan ətraflı danışıblar. Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalına fəxri təqdim edilib.