Xəbərlər
Milli Məclisin deputatı şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu, Əlirzalı kəndində şəhid Əzim Namiq oğlu Şahmalıyevin ailəsini ziyarət edib.
Ziyarətdə, həmçinin Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onlara vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib. O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib.
Şəhid atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.