YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAP-ın namizədlərini dəstəkləyirik!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi təşkilatı olduğunu deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası yarandığı gündən böyük və şərəfli inkişaf yolu keçib. Qeyd olunub ki, bu partiya xalqa və dövlətçiliyə layəqətlə xidmət edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin ictimai-siyasi proseslərində mühüm rol oynayır.

Çıxış edən namizədlər Tərlan Məmmədov, İsmayıl Xəlilzadə, Aygün Zeynalova, İmamverdi Fəxrəddinov, Ayxan Əliyev və  Həsənağa Hacıyev partiyanın seçki proqramı haqqında geniş məlumat veriblər. Çıxışlarda ölkədə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib. Seçicilərə bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırış edilib.

Görüşlər zamanı seçicilər Validə Qədimova, Vaqif Məmmədov və Rasim Əhmədov YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv