Xəbərlər
Hacıqabul seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu, Udullu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin rayonun 2-ci Udullu kəndində seçicilərlə görüşü keçirilib.
YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov görüşü açaraq Yeni Azərbaycan Partiyasının seçki proqramından və bələdiyyələ haqqında qanunvericiliyin son illərdə daha da təkmilləşdirilməsindən söz açıb.
Təşviqat üzvü Sahib Aslanov və bələdiyyə üzvlüyünə namizəd Elşən Məhərrəmov çıxışlarında Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və partiyanın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırdılar. Çıxış edənlər partiya namizədləri seçiləcəkləri təqdirdə etimadı doğruldacaqlarına söz veriblər.
Seçicilər adından çıxış edən kənd ağsaqqalı Əmrah Süleymanov hamılıqla bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP namizədləri bir neçə məhəllə və fərdi görüşlər də keçirib, seçiciləri YAP namizədlərinə səs verməyə dəvət ediblər.